"Koroğlu"da nasaz avtomobilə görə zəncirvari QƏZA - HADİSƏ ANI
02 may 2025 10:22 (UTC +04:00)

"Koroğlu"da nasaz avtomobilə görə zəncirvari QƏZA - HADİSƏ ANI

Texniki nasaz avtomobilin yolun orta zolağında qalması, təhlükəsizlik tədbirlərinin görülməməsi və ara məsafəsinin saxlanılmaması yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov Lent.az-a bildirib ki, paytaxtın Nizami rayonu, Heydər Əliyev prospekti, “Koroğlu” m/st-nın yaxınlığında baş verən bu qəzadan sürücülər nəticə çıxarmalıdır. Onun sözlərinə görə, prospektdən mərkəz istiqamətində hərəkət edən “Qazel” markalı yük avtomobilində texniki nasazlıq yaranıb və sürücü belə məqamda “Yol hərəkəti haqqında” qanunun 55-ci maddəsinin müvafiq bəndlərini əsas götürmək əvəzinə, avtomobildə yaranan nasazlığı həll etməyə çalışıb. Nəticədə yolda hərəkət edən digər nəqliyyat vasitələri üçün qəza şəraiti yaranıb və digər sürücünün ara məsafəsi saxlamaması da yol-nəqliyyat hadisənin baş verməsini qaçılmaz edib.

Mərkəzin müşahidə kameralarının qeydə aldığı görüntülərin təhlilləri onu deməyə əsas verir ki, hərəkət zamanı nəqliyyat vasitəsində texniki nasazlıq yarandıqda bəzi sürücülər təhlükəsizlik qaydalarına riayət etmirlər. Sürücülərin diqqətinə çatdırırıq ki, avtomobildə texniki problem yarandıqda sürücü onu yolun hərəkət hissəsindən kənara çəkməli, bu mümkün olmadıqda səkinin bordürünün (hərəkət hissəsilə bir səviyyədə və ya ondan hündür olan yol örtüyünün konstruktiv yan məhdudiyyəti) yanına, yaxud yolun çiyininə çəkməli və bu zaman onu hərəkət hissəsinin kənarına paralel qoymalı, texniki yardım xidmətinə məlumat verməlidir. Bu zaman qəza işıqları yandırılmalı və xüsusi nişandan istifadə edilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1726

Oxşar yazılar

Lənkəranda yük və minik avtomobilləri toqquşdu-FOTO

Lənkəranda yük və minik avtomobilləri toqquşdu-FOTO

22 iyun 2025 , 15:32
Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

22 iyun 2025 , 14:25
Ramanada sursat aşkarlandı-VİDEO

Ramanada sursat aşkarlandı-VİDEO

22 iyun 2025 , 11:45
Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

22 iyun 2025 , 10:49
Bakıda yataqxanada yanğın oldu

Bakıda yataqxanada yanğın oldu

22 iyun 2025 , 10:08
Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

22 iyun 2025 , 00:35
Sumqayıtda kişi meyiti tapıldı

Sumqayıtda kişi meyiti tapıldı

21 iyun 2025 , 22:46
Cəlilabadda ağır qəza, bir nəfər öldü

Cəlilabadda ağır qəza, bir nəfər öldü

21 iyun 2025 , 20:12