Koreya təyyarəsi Bakıya qəza enişi etdi -VİDEO
10 iyul 2022 00:02 (UTC +04:00)

Koreya təyyarəsi Bakıya qəza enişi etdi -VİDEO

0

Heydər Əliyev Beynəlxalq Aeroportunda Koreyanın “Korean Air” aviaşirkətinə məxsus təyyarənin məcburi eniş etməsi ilə əlaqədar hazırlıq və həyəcan siqnalı elan edilib.

Aeroportdan Lent.az-a verilən məlumata görə, aviaşirkətin İstanbul-Seul reysini həyata keçirən "Airbus A330" təyyarəsi mühərriklərin birində yaranan nasazlıq səbəbindən Bakı hava limanına məcburi eniş edib. Təyyarə saat 22:25-də uğurlu eniş edib, hadisə zamanı xəsarət alan olmayıb.

Elan edilmiş həyəcan siqnalı ilə əlaqədar Bakı aeroportunda bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib.

Hazırda hava gəmisinə baxış keçirilir və baş verən hadisənin bütün şərait və səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3800

Oxşar yazılar