Bakıda intihara cəhd hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə mayın 6-ı saat 12 radələrində paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində qeydə alınıb. 29 yaşlı , iki uşaq anası G. V yaşadığı binanın 13-cü mərtəbəsindən özünü ataraq intihara cəhd edib. Lakin bu an binanın komendantı ona mane olaraq, intiharın qarşısını alıb.
Onun hansı səbəbdən belə bir addım atması hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.