Sabirabadda kişi faciəli şəkildə ölüb.
Lent.az xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində baş verib. Kənd sakini 47 yaşlı Rafət Əvəz oğlu Sərxanov kənd ərazisindən keçən su arxaına düşərək boğulub.
Onun meyiti arxdan çıxarılaraq, aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.