Keçmiş işçi anbardan  60 minlik oğurluq   etdi
10 may 2022 10:57 (UTC +04:00)

Keçmiş işçi anbardan 60 minlik oğurluq etdi

Bakıda mağazanın anbarı qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə Z.Bünyadov prospektində yerləşən mağazalardan birinin anbarından 60 min manat dəyərində elektrik məhsullarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən mağazanın keçmiş işçisi Mahmud Qarayev saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2466
avatar

Mehman Nəbiyev

Oxşar yazılar