Kəlbəcər rayonunun sabiq icra başçısı vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkə səhifələrindən biri məlumat yayıb. Bildirilib ki, rayonun sabiq icra başçısı Vidadi Məhərrəm oğlu Məhərrəmov ötən gün vəfat edib.
Qeyd edək ki, Goranboy rayonunun Xanqərvənd kəndində anadan olan V. Məhərrəmov 2006-2013-cü illərdə Kəlbəcər rayonunun icra başçısı olub.