Kanalda  meyit   tapıldı: Nazirlik əlavə  kömək çağırdı
04 iyul 2022 22:02 (UTC +04:00)

Kanalda meyit tapıldı: Nazirlik əlavə kömək çağırdı

Füzulidə kanalda kişi meyiti tapılıb.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində Baş Mil kanalında naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub.

Meyitin kanaldan çıxarılmasına kömək məqsədilə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

# 2004
avatar

Oxşar yazılar