Oktyabrın 25-də günorta saatlarında Quba şəhərində rayon polis şöbəsinin əməkdaşı M. Səfərəliyevin idarə etdiyi "VAZ" markalı və vətəndaş R. Bəşirovun idarə etdiyi "Daewoo" markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən xəbərə görə, nəticədə polis əməkdaşı ayaq nahiyəsindən yüngül xəsarət alıb.
Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Rayon Polis Şöbəsində araşdırmalar aparılır.