“Jiquli” ağaca çırpıldı, sürücü həlak oldu
01 iyul 2022 22:25 (UTC +04:00)

“Jiquli” ağaca çırpıldı, sürücü həlak oldu

0

Şəmkirdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü, 1962-ci il təvəllüdlü Şəmkir rayon sakini Qasımov Söhrab  hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2054

Oxşar yazılar