Rusiyalı iş adamı Artem Aslanyan Moskvada intihar edib.
Lent.az bildirir ki, “Mash” Telegram kanalının məlumatına görə, onun cəsədi “Vorobyovıy Qorı” elit yaşayış kompleksinin ərazisində tapılıb.
İlkin məlumatlara görə, Aslanyan ölümündən əvvəl anasına çoxlu sayda işlərindən və “ümumiyyətlə hər şeydən yorulduğundan” bəhs edən mesaj göndərib. Bundan sonra o, intihar edib. Daha sonra mühafizəçi yaşayış kompleksinin ərazisində iş adamının meyitini tapıb. Ehtimal olunur ki, biznes problemləri intihara səbəb olub.
Oktyabrın 29-da rusiyalı iş adamının 39 yaşı tamam olub. Onun restoran biznesi və yemək xidmətləri ilə bağlı beş şirkətin qurucusu olduğu bildirilir. Onların arasında "Moskva Food", "Park Management", "İstanbul Kabab", "Bluefin" və şəhərdəki başqa bir şirkət var.