İsmayıllıda ağır yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Balakən-Bakı yolunun İsmayıllı rayonu Basqal kəndindən keçən hissəsində baş verib. 38 yaşlı Şabanov Elman Sahib oğlunun idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə Şəki sakinləri olan sürücü, onun xanımı 34 yaşlı, həmçinin övladları 4 yaşlı Aydan və onunla eyni yaşda olan Fidan xəsarət alıblar. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.