Bu gün Gəncə Dövlət Universitetinin (GDU) binasından kənarda universitetin keçmiş əməkdaşı 37 yaşlı Məmmədova Günay Asim qızı özünə yüngül bədən xəsarəti yetirməyə cəhd göstərib.
Lent.az xəbər verir ki, bu barədə GDU-nun açıqlamasında bildirilib.
Qeyd edilib ki, hadisə universitet binasının yaxınlığında baş verdiyinə görə GDU rektorluğu tərəfindən hüquq mühafizə orqanlarına məlumat verilib. Hazırda araşdırma aparılır.
“Günay Məmmədova 3 il bundan öncə öz ərizəsi ilə işdən azad olunub. Öz istəyi ilə işdən ayrılsa da dəfələrlə GDU-nun rəhbərliyini təhdid edərək hədə-qorxu gəlib, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına və Ombudsmana müraciət edib. Günay Məmmədova bununla əlaqədar verdiyi izahatlarda işdən çıxdığına görə GDU rəhbərliyini günahlandırmayıb, narazılığının olmadığını, müraciətlərinin isə psixoloji və ailə problemləri ilə əlaqəli olduğunu bildirib. Bu gün baş verən hadisənin isə GDU ilə bağlı heç bir əlaqəsi yoxdur”, - məlumatda vurğulanıb.
***
11:33
Gəncə Dövlət Universitetinin qadın əməkdaşı işdən çıxarıldığı üçün özünə xəsarət yetirib.
Lent.az oxu.az-a istinadla bildirir ki, hadisə universitet binasında baş verib.
37 yaşlı Günay Məmmədova kəsici alətlə damarlarını kəsib və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.