Sabirabadda heyvanın sürüdüyü kənd sakini ağır xəsarətlər alıb.
Lent.az xəbər verir ki, hadisə rayonunun Qarağac kəndində qeydə alınıb.
Kənd sakini, 1981-ci il təvəllüdlü Qəhrəmanov Ceyhun Əhməd oğlu iribuynuzlu heyvanın boğazına bağlanmış ipə ilişib.
Heyvan 41 yaşlı kişini uzun məsafədə sürüyüb.
Nəticədə C.Qəhrəmanov çoxsaylı bədən xəsarətləri və baş nahiyyəsindən ağır travma alıb.
O, Şirvan xəstəxanasına yerləşdirlib.
Vəziyyəti nəzərə alınaraq onun Bakı şəhərinə yola salınması gözlənilir.
Əlibəy Zeynallı