İrandan  güldanın içində   narkotik gətirdilər
31 oktyabr 2022 18:59 (UTC +04:00)

İrandan güldanın içində narkotik gətirdilər

Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda İran istiqamətindən gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusu gömrük nəzarətindən keçən zaman saxlanılıb.

Dövlət Gömrük Komitəsi mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Lent.az-a verilən məlumata görə, yoxlama zamanı xidməti it nəqliyyat vasitəsinin salonundakı karton qutuda olan qəhvəyi rəngli güldana reaksiya verib. Daha sonra həmin əşya rentgen qurğusundan keçirilib və şübhəli cizgilər müşahidə edilib.

Ətraflı yoxlama nəticəsində güldanın alt hissəsində əvvəlcədən hazırlanmış gizli saxlanc yerindən malların aşkar olunmasını çətinləşdirən üsullardan istifadə etməklə şəffaf sellofanda qablaşdırılan, ümumi çəkisi 1 kiloqram 750 qram açıq qəhvəyi rəngli, narkotik vasitə - heroin aşkarlanıb.  

Faktla bağlı araşdırma aparılır.
 

# 1377
avatar

Oxşar yazılar