İnsanları kredit adı ilə aldadan  şəxs saxlandı -VİDEO
17 iyun 2022 21:03 (UTC +04:00)

İnsanları kredit adı ilə aldadan şəxs saxlandı -VİDEO

0

Sosial şəbəkə seqmentlərində “yüksək faizli qazanc”, “kreditə pul verilir” adı altında kütləvi kiber cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb. 

DİN Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, Kiber Talamalara Qarşı Əks Tədbirlər qurumu əməkdaşlarının paytaxtda keçirdiyi əməliyyat-axtarış, əməliyyat-texniki tədbirləri ilə 2004-cü il təvəllüdlü Rüfət Babayev ifşa olunaraq istintaqa təqdim olunub. 

R.Babayevin əməlləridən 100-dən artıq vətəndaşın zərər çəkdiyi məlum olub. Ödənişlər onlayn formada, bank köçürmə yolu ilə təşkil olunub. 

Bu şəxsin əməlindən zərərçəkən vətəndaşlardan DİN-nin 102 Zəng Mərkəzinə və ya Bakı şəhər Baş Polis İdarəsinə məlumat vermələri xahiş olunur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2533

Oxşar yazılar