ABŞ-ın Nyu-Cersi ştatında iki vertolyot havada toqquşub.
Lent.az xəbər verir ki, hadisədən sonra polis qəza yerində araşdırma aparmağa başlayıb.
Qəza nəticəsində bir nəfərin öldüyü, digərinin isə ağır yaralandığı bildirilir.
ABŞ Federal Aviasiya Administrasiyası Nyu-Cersi ştatının Hammonton Bələdiyyə Hava Limanı yaxınlığında Enstrom F-28A vertolyotu və Enstrom 280C vertolyotunun havada toqquşduğunu bildirib.
Hadisə ilə bağlı araşdırma davam edir.