İki məktəbli özünü öldürdü
02 noyabr 2023 12:51 (UTC +04:00)

İki məktəbli özünü öldürdü

0

Moskvada iki məktəbli intihar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, ilk hadisə saat 18.20-də Stalevarov küçəsində baş verib. Evin yaxınlığında 13 yaşlı oğlanın meyiti tapılıb. Aldığı xəsarətlərin xarakteri onun intihar etdiyini göstərib. Yeniyetmənin sinif yoldaşı izah edib ki, hadisədən bir qədər əvvəl onunla həmin binanın 9-cu mərtəbəsindəki mənzilinin yanında danışıb. O, həmçinin əlavə edib ki, oğlan dəfələrlə intihar etmək istəyib.

Saat 21.25-də Ximkidə 15 yaşlı məktəbli intihar edib. O, əvvəllər intihara cəhd edib, bundan sonra psixiatrda qeydiyyata alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4538

Oxşar yazılar