Vladivostokda iki kişi çürük kartofdan zəhərələnərək ölüb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, ötən gün axşam saat 5 radələrində 31 yaşlı kişinin meyiti qarajda aşkarlanıb. Tanışı da zirzəmidə onun yanında huşsuz vəziyyətdə tapılıb. Hadisə yerinə gələn həkimlər kişiləri xilas etməyə çalışsalar da, alınmayıb.
Meyitlərdə zorakılıq əlamətləri olmayıb.
Məhkəmə-tibb ekspertlərinin ilkin rəyinə görə, onlar çürüyən kartofu qaynadarkən buxardan zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırma aparılır.