Hərbi qulluqçuların minaya düşməsi faktı ARAŞDIRILIR  -YENİLƏNİB
12 may 2026 10:50 (UTC +04:00)

Hərbi qulluqçuların minaya düşməsi faktı ARAŞDIRILIR -YENİLƏNİB

1

Hərbi qulluqçuların minaya düşməsi faktı araşdırılır.

Bu barədə Lent.az-a Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan məlumat verilib. Məlumata əsasən, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçuları, əsgərlər Məhəmməd Hüseynov və Kamil Qaflanovun mayın 11-də Kəlbəcər rayonu ərazisində minanın partlaması nəticəsində xəsarət almaları faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.

 

***

11 may

22:45

Mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər. 

Lent.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, xəsarət alan hərbi qulluqçular yaxınlıqdakı tibb müəssisəsinə təxliyə ediliblər. 

Dərhal ilkin tibbi yardım göstərilən hərbi qulluqçularımızın vəziyyətləri stabildir,  hazırda hərbi tibb müəssisəsində müalicələri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2316

Oxşar yazılar