Həbsxanada görünməmiş HADİSƏ:  Məhbus dilini kəsdi,   digəri ülgüclə əllərini doğradı
07 yanvar 2025 14:06 (UTC +04:00)

Həbsxanada görünməmiş HADİSƏ: Məhbus dilini kəsdi, digəri ülgüclə əllərini doğradı

Armavir cəzaçəkmə müəssisəsində görünməmiş fövqəladə hadisə baş verib.

Lent.az-ın Ermənistan mətbuatına istinadla məlumatına görə, bir məhbus karantin kamerasında dilini kəsib. Onu bu addımı atmağa nə vadar etdiyi məlum deyil.

Bunun onun barəsində açılmış cinayət işi ilə bağlı olub-olmaması, yoxsa digər problemlərlə bağlı olduğu yaxın vaxtlarda məlum olacaq.

***

Məhkumlar üçün xəstəxanada isə 35 yaşlı məhbus əllərini ülgüclə kəsib.

Lent.az xəbər verir ki, o, hüquq-mühafizə orqanlarının əməkdaşlarına dözülməz ağrıları olduğunu və ölməyi üstün tutduğunu, buna görə də intihara cəhd etdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1695
avatar

Oxşar yazılar