28 yaşlı qadını vanna otağında elektrik cərəyanı vurub.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Rusiyanın İrkutsk vilayətində baş verib.
Gənc qadın vanna otağında olarkən telefon əlindən suya düşüb və qadını elektrik cərəyanı vurub. Qadın bədbəxt hadisə zamanı dünyasını dəyişib.
Əldə edilən məlumatlara görə, 28 yaşlı qadının cəsədi hadisədən iki gün sonra tapılıb.