Göyçayda evdəki yanğın  qonşu evə keçdi  , külli miqdarda ziyan dəydi
09 aprel 2024 20:47 (UTC +04:00)

Göyçayda evdəki yanğın qonşu evə keçdi , külli miqdarda ziyan dəydi

Göyçayda eyni anda iki evdə yanğın olub, sakinlərə külli miqdarda maddi ziyan dəyib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb.

Rayon sakini 73 yaşlı Məmmədov Sakit Məmməd oğluna məxsus ümumi sahəsi 140 kv/m olan beş otaqlı evin iki otağı və evin tavan hissəsi yanar konstruksiyaları ilə birlikdə yanıb.

Yanğın zamanı alovun ərazisi genişlənərək rayon sakini 68 yaşlı Məmmədov Nazir oğlu Məmmədovun qonşuluqda yerləşən evinə də keçib. Ümumi sahəsi 300 kv/m olan 6 otaqlı evin mətbəx hissəsinin tavanı yanıb.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Göyçay rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

# 2511
avatar

Oxşar yazılar