Göyçay sakini Bakıda ev yardı
20 aprel 2023 13:55 (UTC +04:00)

Göyçay sakini Bakıda ev yardı

0

Bakıda evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Yasamal rayonu ərazisindəki evlərin birindən 1000 manat pul və 2 ədəd mobil telefon oğurlanıb.

Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Göyçay rayon sakini V.Şirinov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2047

Oxşar yazılar