Goranboyda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az-ın məlumatına görə, hadisə Yuxarı Ağcakənd-Buzluq yolunda qeydə alınıb. Qurbanov Ədalət Bəşir oğlu idarə etdiyi “NİVA” markalı avtomobili dərəyə aşırıb və nəqliyyat vasitəsi 50-60 metr sürüşüb.
Nəticədə maşında olan sərnişin 39 yaşlı Şəmilov Habil Kamil oğlu yerindəcə keçinib, Ə. Qurbanov isə ağır bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.