Goranboyda 37 minlik   oğurluq edib evi yandırmışdı, tutuldu
20 aprel 2023 11:28 (UTC +04:00)

Goranboyda 37 minlik oğurluq edib evi yandırmışdı, tutuldu

0

Goranboyda evdən külli miqdarda oğurluq edən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, ötən il mayın 26-da Goranboy rayonunun  Xanqərvənd kəndindəki evlərin birindən 17.000 dollar, 550 avro pul və 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Yevlax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda və həmin evi yandırmaqda şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Namiq Rüstəmov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2929

Oxşar yazılar