Goranboy sakini  MİNAYA DÜŞDÜ  - YENİLƏNİB
18 yanvar 2022 22:00 (UTC +04:00)

Goranboy sakini MİNAYA DÜŞDÜ - YENİLƏNİB

Goranboy rayon prokurorluğu Tapqaraqoyunlu kənd sakininin minaya düşməsi ilə bağlı məlumat yayıb.

Lent.az-ın xəbərinə görə, məlumatda deyilir: 
“Yanvarın 18-də 1996-cı il təvəllüdlü Vüqar Məmmədovun Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla Vüqar Məmmədovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sol ayağının travmatik amputasiya olunması müəyyən edilmişdir.

Faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır”.


***

21.36

Goranboy sakini  Vüqar Məmmədovun minaya düşməsinin bəzi təfərrüatları məlum olub.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, o, kəndin kənarında yerləşən şəxsi təsərrüfatında qoyun otararkən minaya düşüb. 
 

***

21.10

Goranboy sakini minaya düşüb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə hadisə rayonun Tapqaraqoyunlu kəndində qeydə alınıb.

Kənd sakini,  1996-cı il təvəllüdlü Məmmədov Vüqar Maqsud oğlu qoyun otaran zaman minaya düşüb. O, xəstəxanaya yerləşdirilib, ayağı amputasiya edilib. Hazırda vəziyyəti orta ağırdır.
 

# 4071
avatar

Oxşar yazılar