Gömrük Komitəsi aeroportdakı insidentlə bağlı məlumat yaydı - HADİSƏ ANI
30 mart 2024 17:41 (UTC +04:00)

Gömrük Komitəsi aeroportdakı insidentlə bağlı məlumat yaydı - HADİSƏ ANI

Abu-Dabi-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Orxan Bayramlının fiziki təzyiqə məruz qalması barədə kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, martın 29-da Abu-Dabi-Bakı aviareysi ilə sərnişin qismində gələn Orxan Bayramlı Heydər Əliyev Beynəlxalq Aeroportunun T2 Terminalının gəliş zalında yerləşən gömrük nəzarəti zonasından keçərkən ona məxsus olan əl yüklərinə rentgen qurğusunda baxış keçirilib. 

Monitorda əks olunan görüntülərə əsasən Orxan Bayramlı əl yüklərinə baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunub və şifahi sorğu-sual zamanı əl yüklərindəki malları  ölkə ərazisinə satış məqsədilə gətirdiyini bildirib. Mallara gömrük baxışı keçirilməsi ilə bağlı gömrük əməkdaşlarının qanuni göstərişlərinə əməl etməyən Orxan Bayramlı nümayişkaranə şəkildə gömrük nəzarətinin aparılmasına şərait yaratmayıb, nəticədə gömrük  nəzarəti zonasında mübahisə yaradaraq nalayiq ifadələrdən istifadə edib.

Prosedur qaydalar barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq vətəndaş gömrük nəzarəti zonasında ictimai asayişin pozulması ilə nəticələnən bu hərəkətlərini sonlandırmayıb, üzərində olan mobil telefonun kamerası vasitəsilə videoçəkiliş etməklə qeydə alıb, görüntüləri ictimailəşdirəcəyi ilə gömrük əməkdaşlarını hədələyib və həmin videotəsvirləri təhrif olunmuş şəkildə ictimailəşdirib.

Daha sonra hadisə yerinə polis orqanı əməkdaşı dəvət olunub və  Bayramlı Orxan Çingiz oğlu barəsində akt tərtib olunaraq Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.

Baş verən hadisənin təfərrüatlarını aşağıdakı videogörüntülərdən izləmək olar.

# 6273
avatar

Oxşar yazılar

Azərbaycanda  tələbə   vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

4 may 2024 , 19:07
Astarada velosipedçi çaya düşüb öldü

Astarada velosipedçi çaya düşüb öldü

4 may 2024 , 18:51
Polis zabiti məhkəmə zalında həbs olundu

Polis zabiti məhkəmə zalında həbs olundu

4 may 2024 , 17:31
Lənkəranda uşağın əli ətçəkən maşında  qaldı

Lənkəranda uşağın əli ətçəkən maşında qaldı

4 may 2024 , 16:35
Silsilə oğurluqlar edən "Qızlar dəstəsi"  ələ keçirildi

Silsilə oğurluqlar edən "Qızlar dəstəsi" ələ keçirildi

4 may 2024 , 16:10
Bakının 5 rayonunda bıçaq mağazalarında ƏMƏLİYYAT

Bakının 5 rayonunda bıçaq mağazalarında ƏMƏLİYYAT

4 may 2024 , 15:39
Tovuzda zəlzələ oldu

Tovuzda zəlzələ oldu

4 may 2024 , 14:28
13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı

13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı

4 may 2024 , 13:12