Gigiyena və Epidemiologiya Mərkəzinin direktorunu maşın vurdu 
20 oktyabr 2022 22:08 (UTC +04:00)

Gigiyena və Epidemiologiya Mərkəzinin direktorunu maşın vurdu 

Şirvanda avtomobil 2 nəfəri vurub.    

Lent.az-ın  APA-ya istinadla məlumatına görə, hadisə Şirvan şəhərinin H.Əliyev prospektində qeydə alınıb. 

“VAZ-2107” markalı avtomobil yolu keçən Şirvan sakini, 1959-cu il təvəllüdlü Mehdixan Süleymanovu və daha bir nəfəri vurub. Ağır xəsarət alna M.Süleymanov Şirvan xəstəxanasına çatdırılıb. Digər piyada yüngül xəsarət alıb. 
Qeyd edək ki, Mehdixan Süleymanov Şirvan Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışır.

Faktla bağlı araşdırma aparılır.
 

# 2475
avatar

Oxşar yazılar