Gəncədə qonşu davası  - Yaşlı qadın bıçaqlandı
29 iyun 2025 23:00 (UTC +04:00)

Gəncədə qonşu davası - Yaşlı qadın bıçaqlandı

Gəncədə qonşular arasında dava qanla bitib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.

Şəhər sakini 75 yaşlı T. Rzayeva qolunun kəsilmiş yarası və 28 yaşlı İ. Priverdiyeva barmağının sınığı ilə xəstəxanaya yerləşdirilib.

Dərhal hər iki xəstəyə yardım edilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, yaralanan hər iki şəxs qonşu olublar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 438

Oxşar yazılar