Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az -ın məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “OPEL” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı evə çırpılıb.
Nəticədə 1998-cı il təvəllüdlü E.Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qəza zamanı avtomobilə və evə ziyan dəyib.
Fakt araşdırılır.