Gəncədə dəmir yolundan  MEYİT TAPILDI
28 may 2022 01:01 (UTC +04:00)

Gəncədə dəmir yolundan MEYİT TAPILDI

Gəncədə dəmir yolunun yaxınlığında meyit tapılıb.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, araşdırma zamanı həmin şəxsin Ucar rayon Qazqumlaq kənd sakini 59 yaşlı Emilov Şaban Əlibaba oğlu olduğu müəyyən olunub.

İlkin məlumata görə, Şaban Emilov yaxın zamanlarda dəmir yollarında işə düzəlib.

Onun ürəktutmasından dünyasını dəyişdiyi ehtimal olunur.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə regional mərkəzinə təhvil verilib.

# 1641
avatar

Oxşar yazılar