Gəncədə ana uşaqları ilə birgə YOXA ÇIXDI:  əri axtarır
25 noyabr 2023 11:00 (UTC +04:00)

Gəncədə ana uşaqları ilə birgə YOXA ÇIXDI: əri axtarır

Gəncədə ana 2 uşağı ilə birgə itkin düşüb.

Lent.az xəbər verir ki, şəhərin Y. Məmmədəliyev küçəsində yaşayan 32 yaşlı Həsənova Xəyalə İlham qızı noyabrın 18-də övladları, 7 yaşlı Tuncay və 3 yaşlı Təranəni götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə onun həyat yoldaşı O. Həsənov polisə müraciətində bildirib.

Hazırda faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3899

Oxşar yazılar