Gəncədə ana doğuşdan sonra öldü
20 iyun 2022 22:27 (UTC +04:00)

Gəncədə ana doğuşdan sonra öldü

Gəncədə ana doğuşdan sonra ölüb.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzinə qeydə alınıb.

Belə ki Şəmkir rayon Mahmudlu kənd sakini 37 yaşlı K.Daşdəmirova iyunun 18-də doğuş üçün mərkəzə gətrilib.

Ana qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirib.

Doğuşdan 2 gün sonra qadının halı qəfil pisləşib.

37 yaşlı qadına göstərilən tibbi yardımlara baxmayaraq bu gün dünyasını dəyişib.

Körpənin vəziyyətinin normal olduğu bildirilir.

Qeyd edək ki, bu qadının ikinci doğuşu olub.

Ölümün baş vermə səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2124
avatar

Oxşar yazılar