Gəncə sakini restoranda  bıçaqlandı
16 may 2025 08:43 (UTC +04:00)

Gəncə sakini restoranda bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərdə yerləşən restoranların birində  qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Y. İbrahimov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal 31 yaşlı kişiyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə Y. İbrahimov restoranların birində tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 304

Oxşar yazılar