Bakının Xəzər rayonunda 23 yaşlı oğlan bıçaqlanaraq ağır vəziyyətə düşüb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.
Belə ki, 1999-cu il təvəllüdlü Babayev Rəhman Tahir oğlu tanımadığı şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb. O, boyun və kürək nahiyyəsindən ümumilikdə 7 bıçaq xəsarəti alıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktı Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları araşdırır.