Gədəbəydə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun girişində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili yolun kənarında dayanan “Kamaz” markalı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində minik avtomobilinin sərnişini 1969-cu il təvəllüdlü S. Məmmədova hadisə yerində ölüb.
Avtomobilin sürücü, Gədəbəy rayon sakini, 1991-ci il təvəllüdlü F. Məmmədov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hadisə ilə bağlı araşdırma aparılır.