Gədəbəydə mikroavtobus aşdı, xəsarət alanlar var   
09 iyun 2022 23:07 (UTC +04:00)

Gədəbəydə mikroavtobus aşdı, xəsarət alanlar var   

0

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Maarif kəndində qeydə alınıb. Gəncə-Gədəbəy reysi ilə işləyən mikroavtobus sürücüsü idarəetməni itirib. Nəticədə avtobus yoldan çıxaraq aşıb. Qəza zamamı sürücü, rayon  sakini 68 yaşlı  Sərxan Həmzəyev və sərnişinlər - 18 yaşlı J. İbrahimova, 18 yaşlı J.Bayramlı, 42 yaşlı T.Rzayev, 18 yaşlı N. Allahverdiyeva, 18 yaşlı O. Hüseynov və 44 yaşlı G Hüseynova müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildrilir. Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1830

Oxşar yazılar