"Formula 1"-ə görə Bakı metrosunun iş qrafiki DƏYİŞİR
26 aprel 2023 11:59 (UTC +04:00)

"Formula 1"-ə görə Bakı metrosunun iş qrafiki DƏYİŞİR

"Formula 1" üzrə Azərbaycan Qran Prisi ilə əlaqədar Bakı metrosunun iş qrafiki 2 saat uzadılacaq.

Lent.az-ın məlumatına görə, bu barədə jurnalistlərə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib. Bildirib ki, Bakıda təşkil olunan kütləvi tədbirlərlə əlaqədar müvafiq əməliyyat planı əsasında, yarışın keçiriləcəyi müddətdə metropolitendə gücləndirilmiş iş rejimi tətbiq olunacaq:

"Yarışın keçiriləcəyi müddətdə nəzərdə tutulmuş kütləvi-mədəni proqramların başa çatacağı vaxtlar nəzərə alınaraq, aprelin 28-dən 29-na və 29-dan 30-na keçən gecə saat 02:00-a qədər metropoliten stansiyaları sərnişinlərin girişinə açıq olacaq. Aprelin 30-da bazar günü olsa da, qatarların hərəkəti "Həzi Aslanov-28 May" sahəsində 2,5 dəqiqəlik intervalla təşkil ediləcək. Həmin tarixlərdə qatarların hərəkəti qış qrafikinin tələblərinə uyğun nizamlanacaq" - deyə B. Məmmədov əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1677
avatar

Oxşar yazılar