Uelsin Anqlsi adasının sakini uğursuz saç transplantasiyası əməliyyatı səbəbindən intihar edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 47 yaşlı Qvindaf Ouenin həyat əlamətləri olmayan cəsədini böyük qardaşı Qaret aşkar edib. O, süni tənəffüs və ürək masajı vasitəsilə zərərçəkənə ilkin tibbi yardım göstərməyə çalışsa da, hadisə yerinə gələn həkimlər onun öldüyünü müəyyən ediblər.
Polis araşdırma aparıb və bu nəticəyə gəlib ki, hadisənin qəhrəmanı dismorfofobiya və depressiya ilə mübarizə apardığı üçün öz həyatına son qoymaq qərarına gəlib, buna görə də spirtli içkilərdən sui-istifadə etməyə başlayıb. Qeyd olunur ki, Oenin 2004-cü ildə saç əkilməsi əməliyyatından sonra psixi pozğunluqları yaranıb, son vaxtlar isə vəziyyəti daha da pisləşib.
“Kişi ehtimal edirdi ki, transplantasiyadan sonra başında neştər çapıqları qalıb, buna görə də başqaları onu ələ salmağa başlaya bilər. Bu, onun psixi problemlərinin yaranmasının xəbərçisi olub. Üstəlik məlum olub ki, o, uzun illər xəstəlikləri ilə bağlı müalicə alıb”, - polisin açıqlamasında bildirilir.