Əvvəl evlilik təklif etdi, sonra güllələdi - FOTO
26 oktyabr 2022 16:12 (UTC +04:00)

Əvvəl evlilik təklif etdi, sonra güllələdi - FOTO

Türkiyədə oğlan tibb bacısına atəş açıb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Karaman vilayətində 1 nömrəli Ailə Sağlamlıq Mərkəzində qeydə alınıb. 28 yaşlı Hüseyn Bağrıaçıq burada tibb bacısı işləyən 26 yaşlı əmisi qızı Əminə Aya çiçək gətirərək evlilik təklifi edib.

Ancaq Əminə Ay bu təklifə “yox” cavabı verib. Belə olduqda, H. Bağrıaçıq əvvəlcə qızın qarnına, daha sonra isə öz sinəsinə atəş açıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilərək, ölümdən xilas olunublar.

Əminə Ay

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2304

Oxşar yazılar