Əvvəl bıçaqladı, sonra daşla əzib öldürdü - AZƏRBAYCANDA QANDONDURAN HADİSƏ
14 may 2022 14:24 (UTC +04:00)

Əvvəl bıçaqladı, sonra daşla əzib öldürdü - AZƏRBAYCANDA QANDONDURAN HADİSƏ

Mayın 14-də Şamaxı şəhər sakini Şəfayət Hacıyevin öldürülməsi barədə  Şamaxı Rayon Prokurorluğu məlumat daxil olub.

Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, aparılmış araşdırmalarla “Şamaxı” adlı marketdə gözətçi işləyən Mülkalı Rizvanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Şəfayət Haviyevə gəzdirdiyi cib bıcağı ilə çoxsaylı xəsarətlər yetirərək, daha sonra isə mişar daşı parçası ilə vuraraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mülkalı Rizvanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3107

Oxşar yazılar