Tovuzda iki ev qarət olunub.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 5500 manat dəyərində qızıl-zinət və məişət əşyaları, digər evdən isə 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini A.Rüstəmov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.