Evində yoxlama apardılar, nələr çıxmadı? - Dərmanlar, narkotik...
24 oktyabr 2022 09:24 (UTC +04:00)

Evində yoxlama apardılar, nələr çıxmadı? - Dərmanlar, narkotik...

Həyətində narkotik basdıran Şirvan şəhər sakini saxlanıldı.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Nəzirməmməd Həmidzadə saxlanılaraq polis şöbəsinə gətirilib. Burada onun üzərinə keçirilən baxış zamanı 2 büküm narkotik maddə olan heroin aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı evin həyətyanı sahəsində torpağa basdırılmış polietilen torbanın içərisindən 53 ədəd sellofan bükümdə olan və ümumi çəkisi 170 qramdan artıq təşkil edən narkotik maddə heroin, 3 büküm metamfetamin, 42 ədəd sellofan bükümdə və 2 ədəd kibrit qutusunda qablaşdırılmış marixuana, 146 ədəd narkotik tərkibli “Metadon” həbləri və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

# 2796
avatar

Fidan İlqar

Oxşar yazılar