Evdən silah oğurlayan dəstə tutuldu
11 aprel 2023 13:50 (UTC +04:00)

Evdən silah oğurlayan dəstə tutuldu

0

Biləsuvarda evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayon ərazisindəki evlərin birindən müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi və videokamera oğurlanıb.

Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakinləri A.Əzizli, Z.Babayev və daha 2 yeniyetmə saxlanılıb.

Araşdırmalarla onların Əsgərabad kəndində yerləşən poçtdan lotereya oğurlamaları da müəyyən olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1774

Oxşar yazılar