37 yaşlı ehtiyatda olan sıravi əsgər Misak Petrosyan ölümcül güllə yarası alıb.
Lent.az Ermənistan mediasına istinadla bildirir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, ölümə səbəb Misak Petrosyanın xidmət yoldaşının silahdan açdığı atəş olub.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki açıqlanmır.