Xəbər verdiyimiz kimi, Ermənistanda saxlanılan hərbçilərimizə vəhşicəsinə işgəncə verilib.
Lent.az xəbər verir ki, görüntülərdə diqqət çəkən daha dəhşətli fakt üzə çıxıb. Belə ki, erməni hərbçiləri əsgərimizə vintaçanla zərbə endiriblər. Düşmən hərbçisi vintaçanı əlinin içində gizlədərək, alətin uc hissəsi ilə əsgərimizə xəsarət yetiriblər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Müdafiə Nazirliyinin iki əsgəri - 19 yaşlı Aqşin Qabil oğlu Bəbirov və 20 yaşlı Hüseyn Əhliman oğlu Axundov itkin düşmüşdülər. Onlardan biri aprelin 11-də erməni polisi tərəfindən saxlanılmışdı.