Ən nüfuzlu  dini klanın   LİDERİ SAXLANILDI
28 oktyabr 2022 17:07 (UTC +04:00)

Ən nüfuzlu dini klanın LİDERİ SAXLANILDI

İnquşetiya təhlükəsizlik xidmətinin əməkdaşları respublikanın Şimali Qafqazdakı ən nüfuzlu dini Batalhajin qəbiləsinin lideri Mustafa Belxoroyevi saxlayıblar. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Mustafa Belxoroyev evində qanunsuz odlu silah saxlamaqda şübhəli bilinir.

Mustafa Belxoroyev

Belxoroyevin vəkili Şərip Tepsayevin sözlərinə görə, həbs üçün heç bir qanuni əsas yoxdur: 

“Mustafa Belxoroyevin evindəki bu axtarışlar çoxdan gözlənilən idi. Əlbəttə, onun evində qanunsuz saxlanılan heç bir silah yox idi. Yalnız rəsmi olaraq qeydiyyatdan keçmiş ov tüfəngidir”.

Qeyd edək ki, Mustafa Belxoroyev 2020-ci ildə terror təşkilatının yaradılması işinə görə də saxlanılmışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2565
avatar

Arzu Qurbanlı

Oxşar yazılar