Əli Əliyevə  yeni hökm   oxundu
23 iyun 2022 12:10 (UTC +04:00)

Əli Əliyevə yeni hökm oxundu

1

Yasamal rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Əli Əliyevə bu işə görə 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Onun əvvəlki cəzaları birləşdirilib və ona 1 il azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Prosesdə xüsusi ittihamçı Ramiz Göyüşov iştirak etməyib.

Xatırladaq ki, Ramiz Göyüşovun bir neçə ay əvvəl sosial şəbəkələrdə intim videosu yayılıb. Bundan sonra Ramiz Göyüşov YAP-dan kənarlaşdırılıb.

Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub.

Daha sonra R. Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə. Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2968

Oxşar yazılar