Ötən gün Gəncədə 24 yaşlı qız bədbəxt hadisə nəticəsində həyatını itirib.
Lent.az xəbər verir ki, Elnarə Sadıxova yaşadığı evdə hamam otağında dəm qazından boğularaq ölüb.
Sosial şəbəkələrdə ölən qızın fotoları yayılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.