Daha bir nəfər minaya düşdü
23 oktyabr 2022 18:25 (UTC +04:00)

Daha bir nəfər minaya düşdü

Oktyabrın 23-ü saat 17 radələrində Tərtər rayonunun Çaylı adlanan ərazisində 1 nəfər şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər rayon prokurorluğundan Lent.az-a verilən xəbərə görə, ilkin araşdırmalarla həmin ərazidə olarkən 1996-cı il təvəllüdlü Samir Əlizadənin minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alaraq hər iki ayağının amputasiya olunması müəyyən edilib.

Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2769
avatar

Oxşar yazılar